Avropa Parlamenti Lukaşenkonun həbsinə order verilməsini istəyib
"Aİ ölkələri və qurumlarını Ukraynada döyüş bölgəsindən uşaqların qaçırılmasında iştirakına görə Belarus prezidenti Aleksandr Lukaşenkonun həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) order verməyə çağırırıq".
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi (AFET) Belarusdakı vəziyyətlə bağlı hesabatı təsdiqləyib.
Komitə qərar qəbul edərkən Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya qarşı əvvəllər səsləndirilən ittihamlara istinad edib.
"Belarus Ukraynaya dəymiş ziyana və törədilmiş cinayətlərə görə cavabdehdir", - Avropa Parlamentinin deputatları bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) artıq Rusiya prezidenti Vladimir Putin və Rusiya Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belova barəsində həbs qərarı çıxarıb.
Teqlər:
"Avropa Parlamenti Lukaşenkonun həbsinə order verilməsini istəyib"