İspaniyada təyyarə xüsusi vasitəni yanğınsöndürənlərin üzərinə töküb
İspaniyanın La Palma adasında davam edən meşə yanğınlarına qurudan və havadan müdaxilə edilir.
"Operativ Media" xəbər verir ki, bu zaman maraqlı bir hadisə baş verib. Təyyarədən buraxılan alışma əleyhinə xüsusi vasitə meşədəki yanğınsöndürənlərin üzərinə düşüb. Onlar kimyəvi maddədən qorunmaq üçün başlarını qollarının arasında gizlədiblər. La Palma Böhran İdarəsinin məlumatına görə, hadisəyə səbəb hava və quru mülki müdafiə qüvvələrinin rabitəsiz fəaliyyət göstərməsi olub.
Teqlər:
"İspaniyada təyyarə xüsusi vasitəni yanğınsöndürənlərin üzərinə töküb"