Yaponiyada raket mühərrikinin sınağı zamanı partlayış baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə Yaponiya Aerokosmik Araşdırmalar Agentliyinin sınaq meydançasında baş verib. Sınağın başlanmasından bir dəqiqə sonra 2-ci nəhəng mühərrikin reaktoru partlayıb. Partlayış yanğına səbəb olub. Hadisə nəticəsində xəsarət alan yoxdur. Qeyd edək ki, bu hadisə yerli mətbuatda Yaponiyada raket detallarının sınağı zamanı uğusuzluq seriyasının davamı kimi şərh edilib.
Teqlər:
"Yaponiyada raket mühərriki sınaq zamanı partlayıb"