Menyu

Yunanıstanda meşə yanğınları ilə mübarizəyə İtaliya və Rumıniya da qoşulub

Yunanıstanda meşə yanğınları ilə mübarizəyə İtaliya və Rumıniya da qoşulub

Afinanın şimalında davam edən meşə yanğınları təhlükəli fazaya qədədm qoyub.

"Operativ Media" xəbər veri ki, bu barədə paytaxtın yanğından mühafizə idarəsi məlumat yayıb. Neftayırma zavodlarını qorumaq üçün yanğınsöndürənlər gücləndirilmiş rejimə keçib. Magistral yollar bağlanıb. Alovlar yaşayış məntəqəsinə yaxınlaşdığı üçün artıq minlərlə sakin evlərini tərk edib. Avropa İttifaqının mövsümi yanğın proqramına uyğun olaraq İtaliya Yunanıstana yardıma iki təyyarə, Rumıniya isə bir neçə yanğınsöndürən maşın və canlı qüvvə göndərib. Qeyd edək ki, Avropanın cənubunda sabahdan etibarən isti havanın ikinci dalğası gözlənilir.

Teqlər:

"Yunanıstanda meşə yanğınları ilə mübarizəyə İtaliya Rumıniya da qoşulub"

Əlaqəli Xəbərlər