Pakistanda terror törədilib
Pakistanın Pişavər şəhərində terror hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, terroçu hərbçiləri daşıyan avtomobili hədəf alıb. Partlayış nəticəsində avtomobil tamamilə yarasız hala düşüb, yaxınlıqdakı mülki avtomobilə də zərər dəyib. Ağır yaralanan 8 nəfər xəstəxanalara yerləşdirilib. Pişavər Polisi hadisənin təfərrüatlarını açıqlamayıb. Polisdən verilən məlumata görə, məhərrəm ayının gəlişi ilə əlaqədar şəhərin bütün giriş məntəqələrində hərbçilərin sayı artırılıb. Qeyd edək ki, Pişavər şəhəri Talibanın Pakistan qolu olan Tahriki-Talibanın əsas dayaq nöqtəsi sayılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net