Menyu

Türkiyədə neft tapılıb

Türkiyədə neft tapılıb

Türkiyədə Rusiya neftinə bənzər neftin izlərinə rast gəlinib.

"Operativ Media" Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Gümüşhane Universitetinin alimləri 1926 və 1930-cu illərdə Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi (MTA) tərəfindən aparılan neft kəşfiyyat işlərini dərinləşdiriblər.

Bölgənin neft ehtiyatları baxımından potensiala malik olduğunu müəyyən edən elm adamları ərazidə çalışmaların başladılmasını tələb ediblər. Ərzincandakı neft sızıntıları ilə bağlı isə Rusiya neftinə bənzər neftin mövcudluğuna dair məruzələrin edildiyi deyilir.

Gümüşhane Universiteti Geofizika Mühəndisliyi fakültəsinin rəhbəri, professor Nafiz Maden Aşağı Çimağıl kəndində gördükləri işlər nəticəsində suyun səthində neft sızıntıları müşahidə etdiklərini, hətta neft iyinin də hiss olunduğunu bildirib.

Bölgədə "Türkiyə Petrolları" şirkəti tərəfindən hərtərəfli geoloji və 2-3 ölçülü seysmik tədqiqatların aparılmalı olduğunu deyən Nafiz Maden araşdırmalar nəticəsində neftin səthə çıxarıla biləcəyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər