Menyu

Rusiya MN: "Ukrayna limanlarına gedən gəmilər "hərbi təyinatlı" sayılacaq"

Rusiya MN: "Ukrayna limanlarına gedən gəmilər "hərbi təyinatlı" sayılacaq"

Rusiya Müdafiə Nazirliyi bu gecədən etibarən Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, taxıl müqaviləsinin sona çatdığı və Qara dənizdəki humanitar dəhlizlərin azaldıldığı bildirilib.

Bu çərçivədə Rusiyanın Ukrayna limanlarına gedən gəmilərlə bağlı verdiyi qərar belə şərh edilib: “20 iyul 2023-cü il saat 00.00-dan etibarən Qara dənizdən Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcək”.

"Müvafiq olaraq, həmin gəmilərin aid olduğu ölkələr də Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsində iştirak etmiş hesab olunacaqlar”, - deyə məlumatda bildirilir. 

Qara dənizin şimal-qərb və cənub-şərqindəki beynəlxalq sularda bəzi ərazilər də naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib.

Teqlər:

"Rusiya MN: \"Ukrayna limanlarına gedən gəmilər \"hərbi təyinatlı\" sayılacaq\""

Əlaqəli Xəbərlər