İngiltərə taxıl dəhlizinin aktivləşməsi üçün Türkiyə və Ərdoğana ümid edir
"Türkiyənin Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv edən Rusiyanı yenidən masaya oturdacağına ümid edirik".
"Operativ Media" xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Naziri Ceyms Klaverli bildirib.
Moskvanın taxıl sazişindən çıxması ilə bağlı Klaverli deyib: “Mən həqiqətən ümid edirəm ki, prezident Rəcəb Tayyib Ərdoğan insanları aclıqdan xilas etməyə və beynəlxalq taxıl qiymətlərini aşağı salmağa kömək edən Qara dəniz taxıl sazişinin əhəmiyyətinin dərk edilməsində mühüm rol oynayacaq".
“Prezident Ərdoğan taxıl müqaviləsinin bağlanmasında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə dünyanın bir çox insanı adına inanılmaz dərəcədə əhəmiyyətli bir iş gördü”, - ingilis diplomat əlavə edib.
O, Rusiyanı “dünyadakı aclığı öz siyasi maraqlarına vasitə etməkdə” ittiham edib və bildirib: “Əsas söz Rusiyanın əlindədir və biz onları bu təşəbbüsə (taxıl müqaviləsi) qayıtmağa dəvət edirik”.
Klaverli həmçinin ölkəsinin Ukraynaya etdiyi yardımlara istinad edərək, Rusiya qoşunları Ukraynanı tərk edənə qədər İngiltərənin Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Teqlər:
"İngiltərə taxıl dəhlizinin aktivləşməsi üçün Türkiyə və Ərdoğana ümid edir"