Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Baş Nazirinin Ofisi məlumat yayıb.
Məlumata görə, Paşinyan səmərəli əməkdaşlığa və Ermənistan-Fransa münasibətlərinin daha da inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib. Nikol Paşinyan Ermənistan-Fransa əməkdaşlığının müxtəlif sahələrdə dinamik xarakter daşıdığını qeyd edib və onun yaxın gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını bildirib.
O, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.