Ermənistan və Rusiya arasında təbii qazın tədarükü haqqında sazişə dəyişiklik ediləcək

Redaksiya
Ermənistan və Rusiya arasında təbii qazın tədarükü haqqında sazişə dəyişiklik ediləcək

“Ermənistan və Rusiya hökumətləri arasında Ermənistan Respublikasının təbii qazı, neft məhsulları və emal olunmamış təbii almazlarının çatdırılması sahəsində əməkdaşlıq haqqında 2013-cü il 2 dekabr tarixli Saziş”ə dəyişikliklər ediləcək.

"Operativ Media" xəbər verir ki, protokolda dəyişiklik edilməsi barədə qərar bu gün, iyulun 20-də Ermənistan hökumətinin iclasında təsdiq edilib.

Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi layihəni təsdiq üçün hökumətə təqdim edib.

Protokola əsasən, müqavilədə “neft qətranı” sözləri “neft bitumu” sözləri ilə əvəz edilib.

Hökumətin fikrincə, yuxarıda qeyd olunan dəyişikliyə ehtiyac ölkənin iqtisadi inkişafını və təhlükəsizliyini təmin etmək üçün Ermənistanda yol infrastrukturunun inkişafı və modernləşdirilməsinə yönəlmiş irimiqyaslı yol tikintisi layihələrinin həyata keçirilməsi ilə əlaqədardır.

Digər xəbərlər