BMT Rusiyanın taxıl dəhlizi sazişini ləğv etmək qərarını müzakirə edəcək
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişini ləğv etmək qərarını müzakirə etmək üçün sabah fövqəladə iclas keçirəcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT TŞ-yə sədrlik edən Böyük Britaniyanın Daimi Nümayəndəliyi sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, Ukrayna üzrə sessiya sabah səhər keçiriləcək.
Şuranın Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsinə xitam verməsindən sonra toplanması, toplantı zamanı qərarın humanitar vəziyyətə təsiri müzakirə ediləcək.
Teqlər:
"BMT Rusiyanın taxıl dəhlizi sazişini ləğv etmək qərarını müzakirə edəcək"