Menyu

Ərdoğan: "Adadakı reallıqlara arxa çevirməyin, ŞKTC-ni tanıyın"

Ərdoğan: "Adadakı reallıqlara arxa çevirməyin, ŞKTC-ni tanıyın"

"BMT-dən etdiyim tarixi çağırışı bir daha təkrar edirəm: Gəlin, adadakı reallıqlara arxa çevirməyin. Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tez bir zamanda tanıyın".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-yə səfəri zamanı 20 İyul Sülh və Azadlıq Günü mərasimində çıxışında deyib.

"Kipr Sülh Əməliyyatının 49-cu ildönümündə sizinlə olmaqdan çox xoşbəxtəm. Mən burada şəhidlərimizi rəhmətlə yad edirəm. Qəhrəman veteranlarımıza firavan həyat arzulayıram. Şəhidlərin xatirəsini qoruyan kiprli bacı və qardaşlarımı təbrik edirəm.

1974-cü il Sülh Hərəkatının yolunu açan dövrün baş naziri cənab Eceviti, baş nazirin müavini cənab Ərbakanı və hörmətli Türkeşi rəhmət və minnətlə yad edirəm.

Gələcəyə inamla addımlamaq üçün keçmişi çox yaxşı bilməliyik. 1963-1974-cü illər Kipr türkləri üçün qan, göz yaşı və qırğın demək idi. İnsan ləyaqətini və vicdanını tapdalayaraq, Kipr türklərini zülmə məruz qoydular. Dəhşətli qırğınların şahidi olduq. Türk milləti heç vaxt zalımların qarşısında əyilməyib. Bu gün məhv etmək istədikləri Kipr türkləri öz bayraqlarının kölgəsində sağ-salamat yaşayırlar. Türk ordusu 49 il əvvəl yazdığı dastanla Kiprə sülh və əmin-amanlıq gətirdi. Dünya Kipr türklərinin heç vaxt tək olmadığını gördü.

Bu torpaqlarda xəstə zehniyyətin nə edə biləcəyini gördük. Təqiblərdən xəbərimiz olsa da, qisas almadıq. Bütün səylərimiz 1974-cü ildə adaya gətirdiyimiz sülhün daimi olmasını təmin etməkdir. 20 iyul Kipr türk xalqının suveren hüquqlarının və bərabər statusunun qorunmasının simvoludur.

Kipr Respublikasının adını qəsb edən Yunan tərəfinin günahını gizlədərək bizi 3-cü tərəflərə şikayət edir. Hamı başa düşməlidir ki, federal həll mümkün deyil, biz ədalətli həll istəyirik. Bu adada törədilən qırğınları nə unudacağıq, nə də onlara unutduracağıq. Ana Vətən Türkiyə Kipr türklərinin varlığının, suverenliyinin və varlığının hər zaman qarantı olacaq. Adada bərabər status qəbul etmədən yeni danışıqlar aparılmır. BMT-dən etdiyim tarixi çağırışımı təkrar edirəm: Gəlin, adadakı reallıqlara arxa çevirməyin. Şimali Kipr Türk Cümhuriyyətini ən qısa zamanda tanıyın", - Ərdoğan qeyd edib.

Teqlər:

"Ərdoğan: \"Adadakı reallıqlara arxa çevirməyin ŞKTC-ni tanıyın\""

Əlaqəli Xəbərlər