Ersin Tatar: "ŞKTC Türkiyə və türk dövlətlərinin əvəzsiz qalasıdır"
"Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Şərqi Aralıq dənizində Türkiyənin və türk dövlətlərinin vazkeçilməz qalasıdır".
"Operativ Media" xəbər verir ki, bunu ŞKTC prezidenti Ersin Tatar deyib.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Lefkoşada keçirilən ŞKTC-nin “20 İyul Sülh və Azadlıq Günü Rəsmi Mərasimi”ndə çıxış edib.
Tatar bölgədə kritik hadisələrin yaşandığını və Şərqi Aralıq dənizindəki geosiyasi vəziyyətin karbohidrogen ehtiyatları üzərində böyük mübarizəyə çevrildiyini qeyd edib: “Müxtəlif aktorların və qlobal güclərin Türkiyənin bölgədə suverenliyinin əsas dayağı olan Şimali Kipr Türk Cümhuriyyətini sıradan çıxararaq təsirsiz hala gətirməklə Şərqi Aralıq dənizində hökmranlıq etmək səyləri burada gərginliyə səbəb olur".
Gərginliyin əsas səbəblərindən birinin "yunan-rum birliyinin silahlanma fəaliyyətlərinin davam etdirilməsi" olduğunu ifadə edən Tatar, ŞKTC və Türkiyənin hüquq və mənafeləri ilə yanaşı strateji maraqlarını qorumaq, Mavi Vətəni müdafiə etmək üçün hər cür mübarizənin davam etdiyini vurğulayıb.
Teqlər:
"Ersin Tatar: \"ŞKTC Türkiyə və türk dövlətlərinin əvəzsiz qalasıdır\""