Menyu

Priqojin: "Vaqner" Afrikada əməliyyatlarını davam etdirəcək"

Priqojin: "Vaqner" Afrikada əməliyyatlarını davam etdirəcək"

Rusiya rəhbərliyinə qarşı başlatdığı üsyanla gündəmdən düşməyən "Vaqner" lideri Priqojin Afrikada və hazırda olduqları bütün ölkələrdə fəaliyyətlərini davam etdirəcəklərini açıqlayıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, Priqojin Kamerunda yayımlanan "Afrique Media" telekanalının yayımına qoşularaq "Vaqner"in qitədəki gələcəyi ilə bağlı açıqlamalar verib. 

“Afrikadakı fəaliyyətlərimizdə heç bir azalma olmayacaq”, - deyən Priqojin hazırda olduqları bütün ölkələrdə fəaliyyətlərini davam etdirəcəklərini də qeyd edib.

Priqojin həmçinin bildirib ki, "terrorla mübarizədə" lazımi şərtlər yerinə yetirilərsə, xidmətə hazırdırlar.

Teqlər:

"Priqojin: \"Vaqner\" Afrikada əməliyyatlarını davam etdirəcək\""

Əlaqəli Xəbərlər