Menyu

ABŞ: "Rusiyanın Qara dənizdəki hücumlarından dərin narahatıq"

ABŞ: "Rusiyanın Qara dənizdəki hücumlarından dərin narahatıq"

Birləşmiş Ştatlar Rusiyanın Qara dənizdəki hücumlarından və Rusiya Müdafiə Nazirliyinin Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yük daşıyıcıları” sayılacağı ilə bağlı bəyanatından “dərin narahat olduğunu” bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton bildirib.

Rusiyanın taxıl müqaviləsindən çıxmasından sonra Qara dənizdəki addımlarından dərin narahat olduqlarını bildirən Dalton, Rusiyanın Qara dənizdəki liman şəhərlərinə 3 gün dalbadal raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirib.

"Onlar Qara dənizdəki hər hansı mülki gəmini hərbi obyekt kimi qəbul edəcəklərini nəzərdə tuturlar. Beləliklə, onların nə etmək niyyətində olduqlarını güman edə bilərik. Biz bundan çox narahatıq", - Dalton qeyd edib.

O, Ukrayna və ərzaq təhlükəsizliyindən mənfi təsirlənən digər ölkələrə dəstək olmaq üçün əllərindən gələni etməyə davam edəcəklərini vurğulayıb.

Teqlər:

"ABŞ: \"Rusiyanın Qara dənizdəki hücumlarından dərin narahatıq\""

Əlaqəli Xəbərlər