Güney Azərbaycanda molla rejimin qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub
Gecə saatlarında İranın Qərbi Azərbaycan əyalətinin Bəykəndi şəhərində yerli əhali ilə molla rejiminin qüvvələri arasında qarşıdurma yaranıb.
"Operativ Media" xəbər verir ki, bununla bağlı yerli teleqram kanallarında məlumat verilib. İlkin məlumata görə iki gənc yaralanıb. Çoxlu sayda saxlanılan var. Şəhər sakinlərinin ağır sosial vəziyyətə görə molla rejiminə qarşı etiraz aksiyası keçirdiyi deyilir. İnsidentlə bağlı başqa təfərrüatlar açıqlanmır.
Teqlər:
"Güney Azərbaycanda molla rejimin qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub"