Menyu

ABŞ f-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb

ABŞ f-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb

Amerikanın F-16 qırıcıları ilin sonunda Ukraynaya tədarük oluna bilər.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, qırıcıların münaqişənin gedişatını dəyişdirmək ehtimalı azdır. “Hazırda Ukrayna ordusuna aviasiya deyil, daha çox artilleriya lazımdır.” – deyə Kirbi vurğulayıb.  Məlumata görə, ümumilikdə Kiyev Pentaqondan 100-dən çox F-16 qırıcısı tələb edib. Bundan əlavə Con Kirbi ABŞ-ın tədarük etdiyi kasetli bombaların ukraynalı hərbçilər tərəfindən artıq döyüş meydanında tətbiq olunduğunu açıqlayıb. “Kasetli bombaların effektiv tətbiqi ilə bağlı Ukraynadan ilkin geridönüşləri almışıq. Sursatlar Rusiyanın müdəfiə xəttini daha da zəiflədib.” – deyə Kirbi qeyd edib.

Teqlər:

"ABŞ f-16 qırıcılarının Ukraynaya çatdırılma tarixini açıqlayıb"

Əlaqəli Xəbərlər