Menyu

Hakan Fidan: "Hesab edirik ki, Rusiya taxıl sazişi üçün masaya gətirilməlidir"

Hakan Fidan: "Hesab edirik ki, Rusiya taxıl sazişi üçün masaya gətirilməlidir"

"Türkiyə olaraq, Rusiya Federasiyasının yenidən masaya gətirilməsinə inanırıq. Bunun xaricində həll yollarının təhlükəsizliyi risk altına alma ehtimalı yüksəkdir".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin Taxıl Müqaviləsi prosesini həyata keçirməyə çalışdıqlarını vurğulayıb: "Biz Türkiyə olaraq açıq şəkildə Rusiya Federasiyasının yenidən masaya qayıtması lazım olduğuna inanırıq. Bundan başqa həll yollarının təhlükəsizliyi risk altına alma ehtimalı yüksəkdir".

Fidan BMT-nin baş katibi Antonio Quterreşlə görüşdə onunla razılaşdıqlarını, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşlərində isə Rusiya tərəfinin bu sazişdən çıxmasının və müqavilənin müddətini uzatmamasının bəzi müfəssəl səbəblərini öyrəndiyini və səbəblərin həlli üzərində işlədiklərini bildirib: 

"Rusiyanın yenidən masaya gəlməsi və tələblərinin yerinə yetirilməsi, bütün tərəflərin qazanclı çıxması üçün çalışırıq. Ümid edirəm ki, bu böhran ən qısa zamanda həll olunacaq".
 

Teqlər:

"Hakan Fidan: \"Hesab edirik ki Rusiya taxıl sazişi üçün masaya gətirilməlidir\""

Əlaqəli Xəbərlər