Ərdoğan Liberiya Prezidenti ilə telefon danışığı aparıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liberiya Respublikasının Prezidenti Corç Manne Veay ilə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Şöbəsindən məlumat verilib.
Məlumata görə, görüş zamanı Türkiyə ilə Liberiya arasında ikitərəfli əlaqələr, o cümlədən iqtisadi və hərbi sahədə mövcud əməkdaşlıq müzakirə edilib.
Prezident Ərdoğan, həmçinin Liberiyada FETÖ-yə bağlı “LAYT Beynəlxalq Məktəbi”nin fəaliyyətinin dayandırılması qərarına görə prezident Veaya təşəkkürünü bildirib.
Teqlər:
"Ərdoğan Liberiya Prezidenti ilə telefon danışığı aparıb"