Menyu

Banqladeşdə avtobus gölə aşıb, 17 nəfər ölüb

Əziz Əzizli
Banqladeşdə avtobus gölə aşıb, 17 nəfər ölüb
1 dəq oxu

Banqladeşdə sərnişin avtobusunun şosedən çıxaraq gölə aşması nəticəsində azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bu barədə "Operativ Media" xarici KİV-ə istinadən xəbər verir.

İlkin ehtimala görə, avtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı gölə aşıb.

Sərnişinlərdən 13-ü yerindəcə, 4-ü xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib. Ölənlərin yeddisi azyaşlı, beşi qadındır.

Əlaqəli Xəbərlər