Bu gün Bakının 544 küçəsi yuyulub
Əziz Əzizli
Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib və 544 küçə yuyulub.
"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 544 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net