Menyu

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb

Hindistanın qərbindəki Maharaştra ştatında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb.

"Operativ Media" xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, əyalətin Raiqad rayonundakı kənddə iyulun 19-da baş vermiş sürüşmə nəticəsində azı 50 nəfər hələ də itkin düşüb.

Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, ölənlərin sayının 27-yə yüksəldiyini qeyd edib.

Həftə boyu yağan leysan yağışların təsirli olduğu əyalətdə qatarların və avtomobillərin hərəkətində problemlər yaranıb.

Səlahiyyətlilər ölkədə son 2 həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayının 150-ni keçdiyini açıqlayıb.

Teqlər:

"Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb"

Əlaqəli Xəbərlər