http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

522 restorandan 466-sında nöqsan aşkar edilib

24 İyul 2023 , 17:46
522 restorandan 466-sında nöqsan aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində aparılan yoxlama və monitorinqlərin nəticəsi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, qeyd olunan dövrdə Agentlik tərəfindən 346-sı planlı, 176-sı plandankənar olmaqla, 522 ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı 466 sahibkarlıq subyektində nöqsan aşkar edilib. Nöqsanlar ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, mətbəxlərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarına və temperatur rejiminə əməl edilməməsi, məhsulların saxlanma qaydalarına əməl olunmaması, xammalların saxlanması üçün ayrıca sahənin ayrılmaması, istifadə edilən xammalların müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması ilə əlaqədar olub.

Həmçinin müəssisələrdə sanitariya norma və qaydalarına riayət edilməməsi, müvafiq emal sahələrinin ayrılmaması, emal olunmuş xammalların və yeməklərin üzərində etiketlənmə aparılmaması, mənşəyi məlum olmayan, üzərində etiketlənmə aparılmayan xammallardan və qidalardan istifadə edilməsi, idxal olunmuş məhsulların üzərində Azərbaycan dilində məlumatların olmaması, saxlanma müddəti bitmiş və istehlaka yararsız məhsullardan istifadə edilməsi və satılması, laboratoriyalarda müayinəyə cəlb edilmiş məhsullarla bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün müvafiq şəraitin təmin olunmaması, onların ilkin və dövrü tibbi müayinədən keçməməsi ilə bağlı nöqsanlar müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı 466 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 85 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan edilməsi, 166 müəssisədə işçi personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Yoxlamalar zamanı 56 müəssisədə isə nöqsan aşkar olunmayıb.

Bundan əlavə, cari ilin 6 ayı ərzində 678 ictimai iaşə müəssisələrində 835 monitorinq həyata keçirilib. Aparılan monitorinq zamanı 466 müəssisədə 966 nöqsan aşkar edilib. Bunlardan 348-i obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, 289-u baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, 194-ü qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, 112-si mənşəyi məlum olmayan məhsullara dair uyğunsuzluqların aşkarlanması, 22-si işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla)  COVID-19 pasportuna malik olmaması, 1-i isə saxta alkoqollu içkilərin satışı ilə bağlı olub.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu