Taxta sexində qanunsuz əldə edilən işlik meşə materialı aşkarlanıb
Gozel Həşimova
Göyçay rayonunun Şəhadət kəndində vətəndaş Bəhruz Məmmədova məxsus taxta emalı sexində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Bu barədə "Operativ Media"ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Faktla bağlı akt, protokol tərtib olunub və B.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.
İşlik meşə materialının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma