http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkədə təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub

25 İyul 2023 , 14:26
Ölkədə təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub

Bu ilin I yarımilliyi ərzində ölkədə 7 024 təbii və texnogen mənşəli hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 747 hadisə və ya 10% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub, 138 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri 17 nəfəri xilas edib, 2 203 nəfər təxliyə olunub.

Həmin müddətdə baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 791 olub. Yanğın hadisələri zamanı 18 nəfər həlak olub, 94 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 51%, xəsarət alanlar üzrə 36 nəfər və ya 28% azdır.

Bundan başqa, bu ilin I yarımilliyi ərzində respublika ərazisində 25 partlayış hadisəsi baş verib ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 13 hadisə və ya 34% azdır. Partlayışlar zamanı 10 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu