Menyu

Gəncədə 20 yaşlı gənc bıçaqlanıb

Gozel Həşimova
Gəncədə 20 yaşlı gənc bıçaqlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Media"ya məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D. Xəlilov və 2004-cü il təvəllüdlü M. Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı araşdırmalar davam etdirilir

Teqlər:

"Gəncədə 20 yaşlı gənc bıçaqlanıb"

Əlaqəli Xəbərlər