Menyu

İran qlobal polad istehsalında 8-ci yerə yüksəlib

Gozel Həşimova
İran qlobal polad istehsalında 8-ci yerə yüksəlib

İranın bu ilin iyun ayında xam polad istehsalı 3,2 milyon tona çatıb ki, bu da ötən illə müqayisədə 17,4% çoxdur.

"Operativ Media" "İRNA"ya istinadən xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası məlumat yayıb.

Bununla da iyun ayında İran dünya polad istehsalı üzrə 7-ci, bu ilin birinci yarısında isə 8-ci yeri tutub.

Məlumata görə, dünyanın 63 polad istehsal edən ölkəsi bu ilin iyun ayında 158 milyon 800 min ton xam polad istehsal edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1% azdır.

 

Gözəl Həşimova

Teqlər:

"İran qlobal polad istehsalında 8-ci yerə yüksəlib"

Əlaqəli Xəbərlər