Yunanıstan xüsusilə Rodos adasında günlərdir nəzarət altına alına bilməyən meşə yanğınları ilə mübarizə aparır. Buna görə də Rodosda fövqəladə vəziyyət elan edilib.
"Operativ Media" Yunanıstan mediasına istinadən xəbər verir ki, alovlar adanın 3 bölgəsində yenidən yüksəlməyə başlayıb və yeni təxliyələr edilib.
Bütün müdaxilələrə baxmayaraq, 9 gün əvvəl başlayan yanğın hələ də nəzarət altına alına bilməyib və güclü küləyin təsiri ilə alov daha da şiddətlənib.