Vaşinqtonla gərginlik yaşayan Netanyahuya Çin lideri imzalı kitabını göndərib
Çin prezidenti Si Tsinpin kitabının imzalı surətini İsrailin baş naziri Benyamin Netanyahuya göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail baş naziri "Twitter" hesabından açıqlama yayıb.
Açıqlamaya görə, Çinin Tel-Əvivdəki səfiri Cai Run Netanyahunun ofisini ziyarət edib və Çin liderinin kitabını təqdim edib.
Çin liderinin mesajını çatdıran səfir qeyd edib ki, İsrailin baş naziri Tsinpinin Çin-İsrail münasibətlərinə dair kitabında yazdıqlarını oxuyub və yüksək qiymətləndirib.
"Bundan başqa səfir, bu ilin sonunda Çin liderinin baş nazir Netanyahunu Pekində görməyi səbirsizliklə gözlədiyini bildirib", - məlumatda deyilir.
Teqlər:
"Vaşinqtonla gərginlik yaşayan Netanyahuya Çin lideri imzalı kitabını göndərib "