Menyu

Türkiyənin daha iki bölgəsində meşə yanğınları başlayıb

Türkiyənin daha iki bölgəsində meşə yanğınları başlayıb

Antalyanın Kəmər rayonunda həftənin əvvəlindən başlayan meşə yanğınları ilə mübarizənin davam etdiyi bir vaxtda daha iki bölgədə meşə yanğınları başlayıb.

"Operativ Media" xəbər verir ki, İzmir və Çanaqqalanı cənginə alan alovları söndürmək üçün 600-dən çox şəxsi heyət, onlarla təyyarə və helikopterlər cəlb edilib. Havanın qarlaması ilə təyyarə və helikopterlər işi dayandırıb. Yalnız gecəgörmə texnalogiyası ilə təchiz edilmiş 3 ədəd helikopter müşahidə aparmaq və yanğının söndürülməsi işini davam etdirib. İzmirdə 3 kəndin sakinləri təxliyə edilib. Onlara aid mal-qara isə təhlükəsiz yerlərə aparılıb. Məlumata görə İzmirdə bir çox yanğın ocağı söndürülüb və artıq soyutma işlərinə başlanılıb. Çanaqqala və Antalyada isə yanğına qarşı təxirəsalınmaz tədbirlər davam edir.

Teqlər:

"Türkiyənin daha iki bölgəsində meşə yanğınları başlayıb"

Əlaqəli Xəbərlər