Tayvan Çinin təhlükəsinə qarşı hərbi təlimlərə başlayıb
Tayvanda “mümkün Çin təcavüzünə” qarşı hərbi təlimlər keçirilib.
"Operativ Media" təlimlərə bütün qoşun növləri cəlb edilib. Amfibiya texnikalarla Yeni Taypey şəhərinə hücum edən qırmızı dəbilqəli şərti düşmən məhv edilib. Bildirilib ki, Tayvan yeni paytaxtı Çin təhlükəsindən qorumağa hazırdır. Məlumata görə, Çin ordusu hücuma keçəcəyi təqdirdə Tayvan Bali istiqamətində təlim keçmiş qoşunları cəmləşdirəcək. Adanın müdafiə nazirliyi təlimlərə “anti-blokada” hərbi təlimləri adını verib.
Teqlər:
"Tayvan Çinin təhlükəsinə qarşı hərbi təlimlərə başlayıb"