Avropa Parlamentində deputatların sayı 720-yə yüksələcək
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələrindən ibarət Aİ Şurasının səfirlər səviyyəsində keçirilən iclasında 2024-2029-cu illər üçün deputatların sayının artırılması ilə bağlı konsensus əldə olunub.
"Operativ Media" xəbər verir ki, qərara əsasən hazırda 705 olan Avropa Parlamentinin deputatlarının sayının 2024-cü ilin iyununda keçiriləcək seçkilərdən sonra 720-yə yüksələcəyi açıqlanıb.
Son konsensusla parlamentdə təmsil olunan 27 Aİ ölkəsindən 12-nin deputatlarının sayı artacaq. Bunlardan Fransa, İspaniya və Hollandiya hər biri AP-yə daha əlavə 2 deputat göndərəcək.
Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarkadan daha bir nəfər Avropa Parlamentinin deputatı seçiləcək.
AP-nin 5 illik səlahiyyət müddəti üçün keçiriləcək seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək. Avropa Şurasının qəbul etdiyi qərarın həyata keçirilməsi üçün sözügedən qərar Aİ ölkələri və AP liderləri tərəfindən rəsmən təsdiqlənməlidir.
Teqlər:
"Avropa Parlamentində deputatların sayı 720-yə yüksələcək"