Azərbaycan və Qazaxıstan rəqəmsal sahədə birgə layihələr reallaşdıracaqlar

Operativ Media
Azərbaycan və Qazaxıstan rəqəmsal sahədə birgə layihələr reallaşdıracaqlar

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri Qazaxıstanın Astana şəhərində “Tech Hub Limited” müəssisəsinin təmsilçiləri ilə görüşüb, rəqəmsal iqtisadiyyatın inkişafı, fintek və vençur kapitalı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən “Operativ Media"ya verilən məlumata görə, görüş çərçivəsində 4SİM və “Tech Hub Limited” arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin təşkili, süni intellekt, əşyaların interneti və mobillik üzrə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər