http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Klublarımız “qara bazar” ilə necə mübarizə aparır?

10 Avqust 2023 , 17:38
Klublarımız “qara bazar” ilə necə mübarizə aparır?

Bu gün saat 21:00-da start götürəcək “Neftçi” - “Beşiktaş” oyununun bilet satışları zamanı yaranan problemlər bir neçə gündür sosial şəbəkələrdə müzakirə edilir. Azarkeşlər onlayn şəkildə bilet almaq istəyərkən bir neçə dəqiqədə bütün biletlərin tükəndiyini, sonra isə “qara bazar”da bu biletlərin baha qiymətə satıldığından şikayət edirlər.

Klublarımızın Avropa meydanlarında mübarizə apardıqları zamanda futbola ləkə olan “qara bazar” bəlası ilə necə mübarizə aparmaq  üçün hansı tədbirlər görülməlidir? 

Məsələ ilə bağlı “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimov “Operativ Media”ya öz fikilərini bölüşüb:

W1siZiIsIjIwMjIvMDEvMjAvMjAvNDQvNDUvOGYzZmRjY2ItMWExYy00NmRhLTlhMmMtMDAwMjJiYjY4YjgxL0ZvdG9KZXQgKDkwKS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQxMyMiXV0?sha=d4b4ef8bc8d98d3d

“Əslində, bu tələb-təklif ilə əlaqədar olan bir şey deyil. “Neftçi” - “Beşiktaş” qarşılaşması ildə bir dəfə, bəlkə də, 10 ildə bir dəfə olan bir şeydir. Daha əvvəl “Neftçi” - “Qalatasaray” oyunu olmuşdu, lakin pandemiyaya görə qapalı keçirilmişdi. Tələb-təklif amilinə görə, oyunun maraqlı olmağı gözləniləndir və bu, “qara bazar” ilə əlaqədar olan bir şey deyil. “Qarabağ” 2017-ci ilə kimi bilet satışını özü edirdi. Amma yetərli marağın olması, tələbin təklifi üstləməsi nəticəsində bu problem yaranmışdı. Əslində, heç bir klub “qara bazar”ın olmasında maraqlı deyil, çünki bu, onlar üçün problem yaradır. Digər tərəfdən isə dünyanın hər yerində bu tipli oyunlar ollduqda “qara bazar” fəaliyyətdədir. Futbolsevər oyuna getmək istəyir, bilet tapa bilmir, çünki kimsə daha öncə davranıb və bilet alıb. Bu halda müəyyən dərəcədə azarkeşin də səhlənkarlığı var. “Neftçi” - “Beşiktaş” oyunu isə tam fərqli istiqamətdir. Ona görə ki burada cəmi 8000 azarkeş nəzərdə tutulub və onun da bir hissəsi korporativ biletlər və dəvətnamələrdir. Bununla mübarizə aparmaq mümkün deyil, lakin  daha uyğun variantlar tapmaq olar. Çempionat oyunlarına gələn azarkeşlərə xüsusi imtiyazlar ola bilər, klub mövsümü bileti alan və ya çempionatda olan qeydiyyatlı azarkeşlərə üstünlük verə bilər, hansı ki qışda-yayda hər zaman komandasını dəstəkləyə bilir. Bu cür oyunların olması futbolumuzun inkişafı baxımından çox yaxşıdır, həmçinin bu, “qara bazar” məsələsinin də qarşısını alacaq”.

Ekspert bildirib ki, “Qarabağ” klubu “qara bazar”la mübarizə aparmaq üçün biletlərin satışını şəxsiyyət vəsiqəsi ilə təmin edib:
“Qarabağ” bir şəxsiyyət vəsiqəsilə sadəcə bir bilet satırdı və biletlərin müəyyənləşdirilmiş sayı olurdu. Amma istər-istəməz bəzi insanların kənardan pul verib bir neçə bilet almaq istədiyinin şahidi olurduq. İnsanlarımız özləri də bilmədən buna rəvac verirdilər. Mənim qənaətim bundan ibarətdir ki, yerli çempionatın inkişafı naminə komandaların mövsüm biletini əldə edən azarkeşlərə belə imtiyaz vermək olar. Bunu müəyyən dərəcədə Avropa ölkələrinin klubları istifadə edirlər. Amma təbii ki, bu da zamanla həll olunacaq bir məsələdir”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

"Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi

"Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi

"Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu

"Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu