http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Kevin Medina: "Mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi anlaşılmazdır"

11 Avqust 2023 , 10:03
Kevin Medina: "Mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi anlaşılmazdır"

HJK haqqında ətraflı məlumata sahib deyildik, çünki daha əvvəl qarşılaşmamışdıq. Bugünkü oyun göstərdi ki, ciddi rəqibdir. Lakin onların sərgilədikləri futbola layiqli cavab verə bildik”. Bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.

"Operativ Media" xəbər verir ki, kolumbiyalı müdafiəçi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Finlandiya çempionu üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən inamlı danışıb. O, matçın əvvəlində komanda yoldaşı Elvin Cəfərquliyevlə mübahisəsini də xatırlayıb: “Futbol dialoqlar üzərində qurulur. Oyun ərzində belə epizodlar çox olur. Həmin an da sadə oyun epizodu idi. Nəzərə almaq lazımdır ki, stadionda azarkeşlərin səsindən bir-birimizi eşitmirik. Buna görə də bəzən ucadan qışqırmağa məcbur qalırıq. Ola bilər kənarda mübahisə kimi görsəndi, əslində isə bu, normal dialoqdur”.

Kevin “Rakuv”la oyundan sonra təzyiqlərə məruz qalmaları barədə də danışıb: “Mediada, sosial şəbəkələrdə yazılan fikirlər bizə təsir etmir. Təzyiqi meydanda hiss edirik. Mənə elə gəlir ki, mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi anlaşılmazdır. Çünki illər boyu “Qarabağ” azarkeşlərinə sevinc yaşadıb. Bu halda komandanın üzərinə bu qədər gedilməsini anlaya bilmirəm. Digər klublar kimi “Qarabağ”a da dəstək olmaq lazımdır ki, gərginlik azalsın”.

“Qarabağ”ın müdafiəçisi mərhələ adlamaq şanslarını da dəyərləndirib: “Şans həmişə var. Üzərimizə düşən işləməkdir. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq”.

O, müdafiədə çox səhvə yol vermələrinin səbəbini belə izah edib: “Ümumi götürdükdə “Qarabağ” az qol buraxan komandalardandır. Rəqib də məhsuldar komandalardan sayıla bilər, yaxaladıqları şansları dəyərləndirməyi bacarırlar. Rəqib təzyiq yaratdıqda bəzi epizodlarda ehtiyatsızlığa yol verdik. Bütün bunları yoluna qoymaq üçün daha çox çalışmalıyıq"

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu