http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycanın 4 boksçusu MDB Oyunlarının finalına yüksəlib

11 Avqust 2023 , 11:27
Azərbaycanın 4 boksçusu MDB Oyunlarının finalına yüksəlib

Belarusda keçirilən II MDB Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinə yekun vurulub. Turnirdə Azərbaycan millisinin gənc boksçularından 4-ü finala vəsiqə qazanıb.

Azərbaycan millisinin heyətində Aynur Mikayılova (54 kq) yarımfinalda Mariya Tsmunu (Belarus) 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, çempionluq döyüşündə özbəkistanlı Uzuklamol Yunusova ilə üz-üzə gələcək.

Mikayılovanın uğurunun oğlan boksçularımız da davam etdirib. Məhəmmədəli Qasımzadə (60 kq) yarımfinalda belaruslu Dmitri Dvarniçenka heç bir şans verməyib. Boksçumuz 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, finalda Abdulla Madaminovla (Özbəkistan) qarşılaşacaq.

Ziya Həsənov (71 kq) yarımfinal döyüşünü vaxtından əvvəl başa vurub. Təmsilçimiz üçüncü raundda türkmənistanlı İlham Nazarov üzərində tam üstünlüklə qələbə qazanıb. Həsənov finalda Şavkatjon Boltayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Fərhad Şeydayev (75 kq) İhlas Baxtiyarovdan (Türkmənistan) güclü olub. Yığma üzvü finala gedən yolda rəqibini 5:0 (29:27, 30:26, 30:26, 30:26, 30:26) məğlub edib. O, həlledici görüşdə Fazliddin Erkinboyevi (Özbəkistan) sınağa çəkəcək.

Onlardan fərqli, Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) Oyunları bürünc medalla bitiriblər.

Qeyd edək ki, qız boksçuların final döyüşləri avqustun 11-də, oğlanların həlledici görüşləri ertəsi gün olacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu