Ana səhifə / İdman / "Mançester Siti" qələbə ilə başladı "Mançester Siti" qələbə ilə başladı 12.08.2023, 07:11 Əziz Əzizli Bu gün İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünə start verilib. "Operativ Media" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son çempion "Mançester Siti" səfərdə "Bernli" ilə qarşılaşıb. Görüş "şəhərlilər"in inamlı qələbəsiylə başa çatıb. İngiltərə Premyer Liqası I tur 11 avqust Bernli - Mançester Siti - 0:3 Qollar: E.Haaland, 4, 36, Rodri, 75 Teqlər: "\"Mançester Siti\" qələbə ilə başladı"