http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Sabah"ın oyunu təxirə salındı

12 Avqust 2023 , 15:27
"Sabah"ın oyunu təxirə salındı

"Sabah"ın Azərbaycan Premyer Liqasının II turunda "Sumqayıt"a qarşı keçirməli olduğu oyun təxirə salınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

PFL və "gənclik şəhəri" təmsilçisinə müraciət edən Bakı klubu Serbiyanın "Partizan"ı ilə UEFA Konfrans Liqasının cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə çempionat matçının başqa vaxtda keçirilməsini istəyib.

"Sabah"ın rəsmi müraciətini, "Sumqayıt"ın isə rəsmi razılıq məktubunu əsas götürən qurum ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq avqustun 13-nə nəzərdə tutulmuş qarşılaşmanı təxirə salıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları isə qüvvədə qalıb.

Azərbaycanın digər avrokubok təmsilçilərindən PFL-ə oxşar müraciət daxil olmayıb.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu