Menyu

Ronaldonun dublu sayəsində "Əl Nəsr" Ərəb Çempionlar Kubokunu qazandı

Əziz Əzizli
Ronaldonun dublu sayəsində "Əl Nəsr" Ərəb Çempionlar Kubokunu qazandı
1 dəq oxu

“Əl Nəsr” Ərəb Çempionlar Kubokunun qalibi olub. Finalda “Əl Nəsr” “Əl Hilal”la yarışıb və 2:1 hesabı ilə qalib gəlib.

"Operativ Media" xəbər verir ki, 38 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo dubla imza atıb.

51-ci dəqiqədə "Əl Hilal"ın braziliyalı hücumçusu Maykl oyunda hesabı açıb. Ronaldo 74-cü dəqiqədə bərabərliyi bərpa edib. Mübarizə əlavə vaxta keçirilib. Qələbə qolunu da 98-ci dəqiqədə Ronaldo vurub.

İkinci hissənin sonunda “Əl Nəsr”in futbolçuları Abdulela Əl-Əmri və Navaf Əl-Buşal meydandan qovulub.

115-ci dəqiqədə Ronaldo dizindən aldığı zədə səbəbindən əvəzlənib.

“Əl Hilal”da yeni gələn seneqallı müdafiəçi Kalidu Kulibali, portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş, serbiyalı yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç, braziliyalı hücumçu Malkom da oyunda iştirak edib.

“Əl Nəsr”də yeni gələn seneqallı hücumçu Sadio Mane, xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviç də iştirak edib.

Əlaqəli Xəbərlər