13 Avqust 2023, 09:29
Azərbaycan boksçuları turniri 10 medalla başa vurdu

Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi turniri 10 medalla başa vurub. Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar. Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.
Azərbaycan yığması bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub.