Erməni jurnalist İrəvanda məhsulların qiymətinin baha olmasından şikayətlənib

Redaksiya
Erməni jurnalist İrəvanda məhsulların qiymətinin baha olmasından şikayətlənib

"Bu gün Rusiya mətbuatı yazır ki, İrəvan keçmiş sovet ölkələrinin ən bahalı şəhəridir. Məsələn, ətin qiyməti digər ölkələrlə müqayisədə 2 dəfə, kərə yağı 3 dəfə bahadır".

"Operativ Media" xəbər verir ki, bunu erməni jurnalist Narine Kirakosyan bildirib.

"Hakimiyyətdə olanlardan bəziləri deyirsə ki, qiymətlərdən şikayətlənmə, get kartof ye, onda deyim ki, İrəvanda hətta keçmiş sovet ölkələri ilə müqayisədə kartof da bahadır".

Jurnalist qeyd edib ki, Ermənistanda iş yerlərinin olması, sosial-iqtisadi vəziyyətin o qədər də acınacaqlı olmadığı barədə saxta və yalan məlumatlar dərc olunur. Yoxsulluğun faizinin normal və real olduğunu demirlər.

"Ətrafımda adamlar var ki, mənzil ala bilmir, ipoteka götürməyə ilkin pulu yoxdur, borc içində batır, banklarda qara siyahıya düşüblər. Kirayəyə görə isə ev sahibləri Rusiyadan köçən yüzlərlə adamı bəhanə edərək qiymətləri o qədər artırıblar ki, çoxu nə qazansa, kirayəyə ödəyir"-deyə o qeyd edib. 

Digər xəbərlər