İsveç çempionatında 19-cu turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının da forma geyindiyi "Yurqarden" səfərdə "Goteborq" klubu ilə qarşılaşıb.
Matç ev sahibi komandanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Musa Qurbanlı meydana 88-ci dəqiqədə daxil olub və fərqlənə bilməyib.






