Nikolo Zaniola İngiltərə Premyer Liqasına getmək istəyir

Əziz Əzizli
Nikolo Zaniola İngiltərə Premyer Liqasına getmək istəyir

"Aston Villa"nın transfer təklifi etdiyi "Qalatasaray"ın italyan futbolçusu Nikolo Zaniolonun İngiltərə komandasına getmək istədiyi iddia edilib.

"Operativ Media"  İtalyan jurnalist Fabrizio Romanoya istinadən xəbər verir ki, Zaniolo İngiltərə Premyer Liqa komandası ilə müqavilə imzalamaqda israrlıdır.

Xəbərdə keçən həftə "Aston Villa"nın məcburi alış ilə icarə təklifi etdiyi iddia edilərkən, İngiltərə klubunun transferi bu həftə ərzində tamamlamağı ümid etdiyi bildirilib.

Bu arada İspaniyanın AS qəzeti "Aston Villa"nın baş məşqçi Unai Emerinin təzyiqi ilə Zaniolo üçün icarə təklifini 3 milyon avrodan 5 milyon avroya qaldırdığını bildirib. İngilis klubunun təklifinə 20 milyon avro məcburi alış və 7 milyon avro bonus daxildir.

Nikolo Zaniolo "Qalatasaray"da ötən mövsüm 10 Super Liqa matçında forma geyinib və 5 dəfə fərqlənməyi bacarıb.

Digər xəbərlər