Menyu

Türkiyə millisinin üzvü Səudiyyə Ərəbistanı klubuna keçir

Əziz Əzizli
Türkiyə millisinin üzvü Səudiyyə Ərəbistanı klubuna keçir
1 dəq oxu

Türkiyə millisinin və İtaliyanın "Atalanta" klubunun müdafiəçisi Merih Demiral karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu futbolçu ilə razılığa gəlib. Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Merih Demiral Premyer Liqanın 2 klubunun təklifini rədd edib və "Əl-Əhli"nin təklifini qəbul edib.

Futbolçunun tezliklə tibbi yoxlamadan keçməsi və müqavilə imzalaması gözlənilir.

Əlaqəli Xəbərlər