Şenol Güneş "Neftçi" ilə oyunu xatırlatdı

Əziz Əzizli
Şenol Güneş "Neftçi" ilə oyunu xatırlatdı

"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Türkiyə Super Liqasının I turunda "Fatih Karagümrük"ə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

"Operativ Media" xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla qələbə qazanmalarına baxmayaraq, oyundan razı qalmadığını söyləyib:

"Fərdi olaraq kimisə tənqid etmək düzgün deyil. Oyun planında axsaqlıqları oldu.Oyunçular tapşırıqları daha sürətli yerinə yetirməli idi. "Neftçi" ilə oyunda bunu daha yaxşı etdik. Bu matçdan uzaq qaldıq. Xüsusilə, ilk hissə üçün azarkeşlərdən üzr istəyirik".

"Neftçi" Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda "Beşiktaş"a uduzub. Komandalar arasındakı cavab görüşü avqustun 17-də İstanbulda olacaq.

Digər xəbərlər