"Sabah" heyətinə yeni oyunçu cəlb edib.
"Operativ Media" xəbər verir ki, Nigeriyanın "Dino Sportinq" klubundan Oluvaseun Timilehi 1 illik icarəyə götürülüb. 18 yaşlı nigeriyalı hücumçu "Sabah"ın əvəzedici komandasında çıxış edəcək:
Oluvasuen bir illik icarəyə götürülüb. 2005-ci il təvəllüdlüdür, gənc və perspektivli hücumçudur. Hələ ki, əvəzedici komandamızda çıxış edəcək. Gələcəkdə əsas komandaya da cəlb olunub-olunmayacağı məsələsinə baxılacaq.






