"Qalatasaray” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisi üçücü mərhələnin cavab görüşündə Sloveniya “Olimpiya”sına qalib gəlib (1:0). “Sarı-qırmızılılar” səfərdəki ilk matçda da rəqibini məğlub etmişdi (3:0)
Beləliklə, “Olimpiya” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu mərhələdə onların rəqibi “Qarabağ” (Azərbaycan) - HİK (Finlandiya) cütünün qalibi olacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.
Xatırladaq ki, Ağdam təmsilçisi ilk oyunda Bakıda qələbə qazanıb (2:1). Cavab görüşü avqustun 17-də Helsinkidə olacaq.






