16 Avqust 2023, 16:22
HİK - Qarabağ oyununa satılan bilet sayı məlum oldu

Finlandiyada HJK və “Qarabağ” komandaları arasında keçiriləcək Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
"Operativ Media" Helsinki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma üçün 5500 bilet alınıb.
Görüş başlayana qədər biletlərin tükənəcəyi gözlənilir.
Avqustun 17-də “Bolt Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Arena 10770 azarkeş tutumuna malikdir.
İlk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb