Azərbaycan şahmatçısı Dünya Kubokunda yarımfinala yüksəldi
Əziz Əzizli
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda növbəti görüşünə çıxıb.
"Operativ Media" xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşla qarşılaşıb. Abbasov rəqibini məğlub edib - 1:0.
Tərəflər arasındakı ilk görüş heç-heçə başa çatmışdı.
Abbasov bu nəticə ilə yarımfinala vəsiqə qazanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma