UEFA Superkubokunun qalibi bəlli oldu

Əziz Əzizli
UEFA Superkubokunun qalibi bəlli oldu

Futbol üzrə UEFA Superkubokunun qalibi məlum olub.

"Operativ Media" xəbər verir ki, həlledici oyunda "Mançester Siti" və "Sevilya" üz-üzə gəlib. Əsas vaxtı bərabərliklə başa çatan görüşün qalibi penaltilər seriyasından sonra müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan "Mançester Siti" kuboku qazanıb.

UEFA Superkuboku

16 avqust

Mançester Siti (İngiltərə) - Sevilya (İspaniya) - 1:1 (penaltilər - 5:4)

Qollar: K.Palmer, 63 - Y.En Nesri, 25

Digər xəbərlər